Bəlkə də, bəzilərinin adını belə indiyənə kimi eşitməmisiniz. Amma
hamısı hiss etməsək də həyatımızda ciddi bir rol oynayır. Blog olaraq dünyanın ən bahalı 11 maddəsi sizlərə təqdim edirik. Siyahıda elə
maddələr var ki, qiyməti ilə qızılı belə geridə qoyur ...
Zəfəran: Zəfəran yeməklərə qatılan olduqca bahalı bir ədviyyatdır. Bu
məhsulun qramı 11 dollardan satılır. Zəfəranın vətəni Cənub-qərb Asiyadır.
Becərilməsinə ilk olaraq Yunanıstan ətrafında başlanılmışdır. Yarım
kiloqram zəfəran üçün 80.000 çiçək emal etmək lazımdır. Öz ağırlığının 100.000
qatı olan suyu sarı rəngə boymaq iqtidarındadır.
Qızıl: Qızıl bizim üçün çox qiymətli bir material olsa da elm
dünyası üçün o qədər də bahalı deyil. Qızılın qramı dünya bazarında 43
dollardan təklif edilir.
Rodium: İngilis kimyaçı tərəfindən kəşf edilən rodiumun Yunanca
'qırmızı' mənasını verir. 1803-ci ildə Viliam Hyde Vollaston tərəfindən
palladiumun kəşfinin dərhal ardından tapılmışdır. Hyde Vollaston bu maddəni
İngiltərədə işlənməmiş və Cənubi Amerikadan aldığı platini istifadə edərək əldə
edtmişdir. Rodiumun qramı 58 dollardır.
Kərgədan
buynuzu: Bu
məhsulun vətəni Vyetnamdır. Gərgədanların buynuzları olduqca qiymətlidir.
Kərgədan buynuzunun qramı 110 dollara satılır.
Platinyum: Nüvə texnologiyasında
istifadə edilən platinyum təhlükəli kimyəvi maddə olaraq bilinir. Məhsulun bir
qramının dəyəri 4 min dollardır.
Painite: 1950-ci ildə Artur C.D.
tərəfindən kəşf edilən bu maddə ləl-cəvahirat xammalı kimi istifadə edilir.
Painitenin kimyəvi tərkibi kalsium, sirkonium, bor, alüminium və oksigendən
ibarətdir(CaZrAl9O15 (BO3)). Qrami 9 min dollardır.
Taaffeite
daşı: 1945-ci
ildə Edward Taaffe tərəfindən kəşf edilən daş tərkibində sıx olaraq maqnezium
ehtiva edir. Daş əsasən ləl-cəvahirat xammalı olaraq da istifadə edilir.
Taaffeite daşının qramı 20 min dollardır.
Trityum: Hidrogenin ağır
radiasiyaya məruz qalmış halı olaraq bilinən trityum işıqlandırma sistemlərində
istifadə edilir. Maddənin qramının qiyməti 30 min dollar ətrafında dəyişir.
Almaz: Bu
elementi hamımız tanıyırıq. Ləl-cəvahirat sektorunun olmazsa olmazı almaz…Almazın
qramı beynəlxalq bazarlarda 55 min dollara satılır.
Kalifornium 252: Sənaye də istifadə olunan Kalifornium 252 olduqca nadir tapılan bir
maddədir. Bu
məhsulun qramı 27 milyon dollardır.
Anti-maddə: Bu maddənin dünyanın ən
bahalı maddəsi olmasının səbəbi yaradılmasının çox çətin olmasıdır. Anti-maddə
yaradılarkən ətrafa çoxlu miqdarda radiasiya saçan qamma şüaları da yayır.
Anti-maddə yaradılarkən ortaya çıxan enerji olduqca böyükdür. Maddənin kosmik
gəmilərində istifadə etdiyi düşünülür. Məhsulun qramının qiyməti 6.25 trilyon
dollardır.
No comments:
Post a Comment