Wednesday, December 30, 2015

Maliyyə haqqında 24 ƏN YAXŞI film





Maliyyə filmləri mövzusunda Azərbaycan dilində yetəri qədər məlumat tapa bilməməyimizdən dolayı bu yazını yazdım.Maliyyə haqqında 24 ƏN YAXŞI filmi sizə təqdim edirik.Buyurun :)



1Wall Street-Birja(1987/IMDb 7.4)


Gənc broker Bud Fox, yeni müştərilər axtarışındadır. Bir gün şəhərin ən böyük iş adamlarından biri Gordon Gekko ilə tanış olur. Gekko, ona özü üçün işləməsini təklif edər. Bud düşünmədən qəbul edir. Ancaq Gekko ölkənin ən böyük birja spekulatorudur. Məlumat sızdırma da daxil olmala, hər cür illegal işlərə bulaşır və bu pis işlərində Bud’u istifadə edir. Bud vicdan əzabına daha dözə bilməyəcək.






2The Wolf of Wall Street-Pul ovçusu(2013/IMDb 8.2)
24 yaşında gənc və əzmli bir insan olan Jordan Belfort, varlı insanları aldadaraq pul sahibi olur. Qısa vaxtda milyonlar qazanıb eyni zamanda qazandığı pulu eyni sürətdə xərcləyərək zövqünə düşgün həyat yaşayır. Narkotik istifadə etməyə başlar, pul qarşılığında qadınlarla vaxt keçirir və özü də bilmədən yanlış həyat sürər.Ardını filmi izləyərək öyrənin J









3. Boiler Room-Qazan Otağı(2000/IMDb 7.0)

Gənc Seth Davis (Giovanni Ribisi) özünə aid kiçik bir qumarxana işlədir. Bəzi adamlar ona şəhərin yeni birj şirkətlərindən birində işləməyi təklif edər. Seth təklifi qəbul etməsinin ardından çox pul qazanmaqla zəngin həyatı yaşamaya  başlayar.Amma bu uğurun arxasında bilmədiyi qorxunc bir həqiqət ilə üzləşmək onun bütün dünyasını dağıdacaq.








4. Inside Job-Daxili İşlər(2010/IMDb 8.3)
2010 ilində sənədli-film tərzində Oskar qazanan film, 2008 ilində ABŞ-da baş verən və bütün dünyanı təsiri altına alan qlobal iqtisadi böhranın pərdə arxasını anladmışdır










5. Trading Places-Ticarət Yolları(1983/IMDb 7.5)
Bir-birinin tam əksi olan iki xarakteri canlandıran Murphy və Dan Aykroyd  həyatlarını alt-üst edən Ralp Bellami ilə Don Ameche’dən intiqam almaq üçün birləşirlər. Murpy'yə Qızıl Kürə namizədliyi gətirən komediya filmi musiqiləri ilə də Oscara namizəd oldu.









6. Margin Call-Oyunun Sonu(2011/IMDb 7.1)
2008-ci ildə ABŞ-da baş verən maliyyə böhranının Wall Street’də Lehmann Brothers bənzəri bir investisiya bankındakı təsirlərini 24 saat ərzində izləyir. Sundance'də ilk dəfə tamaşaçı qarşısına çıxan, ardından Berlində Qızıl Ayı üçün yarışan bu maliyyə gərginlik filmi, Zachary Quinto, Stanley Tucci, Jeremy Irons, Demi Moore və Kevin Spacey'li müdhiş oyunçu heyətiylə diqqət çəkən müstəqil bir filmdir







7. Enron: The Smartest Guys in the Room- Enron: Bazarın Çoxbilmişləri(2005/IMDb 7.7)
Tarixin ən böyük şirkət skandallarından birinin tragik əhvalatı. Fortune jurnal jurnalistləri Bethany McLean və Peter Elkind'in 'The Smartest Guys in the Room' adlı kitabından yola çıxan sənədli film, bir tərəfdən işin iç üzünü bilən şahidlərin danışıqlarına yer verərkən, çatılması az qala qeyri-mümkün olan vizual və səsli sübut da sərgiləyərək, Enron rəhbərlərinin fövqəladə fərdi lükslərinə və 'şirkət fəlsəfəsi' maskası altındakı əxlaqi rüşvətxorluğu da ortaya çıxarır.
Enron: 1985-ci ildə Nebraska əyalətinin Omaha şəhərində qurulan, şirkət mərkəzi Texas əyalətinin Hyuston şəhərində olan 22000 işçisi və 2000-ci ildəki 101 milyard dollarlıq ümumi gəliri ilə dünya elektrik, təbii qaz və boru xətti qaz transfer bazarının lideri olan quruluş

8. Wall Street: Money Never Sleeps-Birja:Pul heç vaxt yatmaz(2010/IMDb 6.3)
Kino tarixinin ən böyük anti-qəhrəmanları arasında göstərilən əfsanə broker Gordon Gekko yenidən ağ pərdəyə dönür. Məşhur rejissor Oliver Stone’nin 1987-ci ildə maliyyə bazarındakı çətin mübarizəni izah etdiyi "Wall Street" adlı filmində iştirak edən Gordon Gekko, bəzi vaxtlarda aldığı sərt, bəzən də qayda tanımaz qərarlarıyla yaddaşlarda yer etmişdi. Wall Streetin ən parlaq illərini yaşadığı dövrdə xüsusilə içəridən məlumat alaraq sərvətini artıran Gekko'nun macəraları aradan 20 il keçməsi ardından yenidən gündəmə gəlir





9Capitalism: A Love Story-Kapitalizm:Eşq Hekayəsi(2009/IMDb 7.4)
Kapitalizmi ən yaxşı anladan rejissorluğunu Michael Moore üstləndiyi sənədli növündə bir film.Eşqi, şəhvəti və ehtirası ehtiva edən bir çox eşqin hekayəsi.Hər gün 14 min adamın işsiz qaldığı bir qadağan eşq. Yəni kapitalizm ... Şirkət siyasəti altında haqsızlığa uğrayanların hekayəsini anladır. Buradan yola çıxaraq günahını adi insanların ödədiyi maliyyə böhranın səbəblərini və təbii nəticələrini da sərgiləyəcək. Moore deyir ki; Qumarı oynadılar, itirdilər və indi əvəzini sizin ödəməniz lazımdır






10. Rogue Trader-Böyük Qumar(1999/IMDb 6.3)
Princetonda riyaziyyat oxuyan Richie Furst, son dərəcə ağıllı və parlaq bir şagird olsa da təqaüd ala biləcək müvəffəqiyyəti qazanmamışdır. Təhsil xərci olan 60.000 dollarlıq pulunun olmadığı üçün bu pulu bir həftə içərisində bir şəkildə tapması lazımdır. Kiçik pulları vardır və şansını online poker oynama saytında sınağa başlayır








11Other People's Money-Digər İnsanların Pulu(1991/IMDb 6.1)
Batmaqda olan təşkilatların üstünə qonan bir şirkət ovçusu, bu səfər gözünü bir ailə şirkətinə tikər. Şirkətin sahibi, bu vəziyyət üzərinə vəkil olan qızından kömək istər. Ancaq şirkət ovçusu gənc qadını görür görməz vurulur.Ustaca manevrlərlə həm şirkəti alacaq, həm də gənc qadının ürəyini qazanacaq.








12. Working Girl-Çalışqan Qız(1988/IMDb 6.7)
Böyük hədəfləri olan və fövqəladə möhkəm çalışan Tess bir gün bir baxar ki 30-a yaxın yaşı olmasına baxmayaraq hələ katiblik etməkdədir. Katherine Parker üçün çalışarkən birdən çıxıb gedər.Patron ayağını qırıb işdən uzaqlaşmaq məcburiyyətində qalınca yerini doldurmaq üzrə Tess dərhal işə başlayır və işini əlindən alır. Üstəlik Katherine'in yalnız işini əlindən alsa yaxşı, yaraşıqlı sevgilisini də bi gözəl aşiq edər özünə.







13. American Psycho-Amerikan Axmağı(2000/IMDb 7.6)
Atasının Wall Street’dəki şirkətində işləyən Patrick Bateman, gənc və gözəl görünüşlü bir adamdır. Xaricdən göründüyündə normal biridir Bateman, lakin həqiqətdə məqsədsiz olaraq insan öldürməkdə, qadın bədənlərindən aldığı hissələri evində saxlamaqdadır....









14. Glengarry Glen Ross-Amerikalılar(1992/IMDb 7.8)
Məşhur oyun və ssenari müəllifi David Mamet`ın bir əsərindən uyğunlaşdırılan filmin bütünü 2 gün içərisində keçir. Bir qrup əmlak satıcısı bağlı olduqları şirkət tərəfindən əgər əməlli-başlı bir satış etməzlərsə qovulacaqlarını anlayırlar. Bu bir qrup əmlak satıcısının o axşam yaşadığı ziddiyyətlər və ayaqda qala bilmək üçün verdikləri mübarizə içlərindən bəzilərini çalışdıqları büronu soymağa belə gətirib çıxaracaq. Xüsusilə ulduz oyunçu heyətiylə diqqət çəkən film müvəffəqiyyətli bir teatr uyğunlaşdırması olaraq bilinir.





15. The Bonfire of the Vanities-Şənlik Ocağı(1990/IMDb 5.4)
Wall Street taciri zəngin və məşhur bir adam arvadından və cəmiyyətdən gizlədiyi bir çox şeylə yaşayır. Axmaq görünüşlü bir həyat qadınıyla, Maria'yla birlikdə olmaq üçün etdiyi qaçış zamanı, bir qaradərili gənci əzərək öldürür. Bir müddət sonra, hər kəsin xüsusilə də Mariyanın özünə xəyanət etdiyini görür və həqiqətləri ortaya çıxartmaq üçün hərəkətə keçir.








16. The Company Men-Şirkət Adamları(2010/IMDb 6.8)
İş həyatlarında son dərəcə müvəffəqiyyətli olan 3 yoldaşın hekayəsi izah edilməkdədir. Böyük şirkətlərin başında müvəffəqiyyətli işlər görən bu qrup, eyni zamanda çox da yaxşı dostdur. Hər şey yaxşı gedərkən problem yoxdur. Ancaq iqtisadi böhranın ölkəni sarsmasından sonra şirkətləri bir-bir zərər etməyə başlayır. Həll yolu axtarana qədər bir çox şeyi əllərindən çıxarmaq məcburiyyətində qalan yoldaşların dostluğu bu hadisə nəticəsində çətin bir imtahana girir.






17. Arbitrage-Abritaj(2012/IMDb 6.6)
Miller, müvəffəqiyyətli bir iş adamı və ailə rəisdir.Ancaq başı böyük bəladadır. Etdiyi sui-istifadələr ortaya çıxmadan borc batağındakı şirkətini böyük bir banka satmağa, bu vəziyyəti və sevgilisi Cote ilə yaşadığı gizli əlaqəni isə ailəsindən gizlətməyə çalışır. Tam şirkətini satmaq üzrəykən, gözlənilməz bir hadisə ucbatından ailəsi, imperatorluğu və işlədiyi cinayət arasında sıxışıb qalar







18. Barbarians at the Gate-Qapıdakı Barbarlar(1999/IMDb 7.4)
"Güclü bir səhər yeməyi sonra sizi günorta yeməyində yeyə bilərlər." 80'lər ... Hər kəsin böyük vurğunlar etdiyi bir zaman, lakin RJR Nabisco'un CEO’su F. Ross Johnson, hər fürsəti sərvətə çevirmək üçün istifadə etdi. Johnson (James Garner), Nabisco'nun bütün hissələrini alıb şirkəti ələ keçirməyə qərar verdiyində heç kim bu yayılmağa hazırlıqlı deyildi.









19. Too Big to Fail-Böyük Uğursuzluq(2011/IMDb 7.4)
2008-ci ilin dünyanı sarsıdan İqtisadi Böhranının Amerikada başlaması və orada niyə belə bir vəziyyətin yaşandığını, böyük böhranın gözlər önünə sərildiyi bir film. Hökumətin bu vəziyyətdə necə edəcəyi və şirkətlərin nələr yaşadığını görəcəksiniz.









20. The Corporation-Şirkət(2003/IMDb 8.2)
The Corporation 2003 Kanada istehsalı sənədli filmdir. Hadisə University of British Columbia hüquq professoru Joel Bakan tərəfindən hazırlanan, rejissorluğunu Mark Achbar və Jennifer Abbott boynuna götürmüşdür. Müasir dövr müəssisələri ilə bunların cəmiyyət və dünya qarşısındakı duruşlarını anladmaqdadır. Kanada istehsalı 145 dəqiqəlik bu sənədli filmdə təməl olaraq şirkətlərin dünya üzərində yaratdığı dağıtma, bərabərsizlik və nəticələri anladılır. Bu təməl mövzuya paralel olaraq bir çox alt mövzu da işlənir. Amma özündə izah edilmək istənən, pula söykənən mərhəmətsiz nizamın dünya üzərində yaratdığı ədalətsizlik və istehsalın yaratdığı ekoloji fəlakətlər.Sənədli film boyunca şirkətlərin iç üzünü izah edən 40 qədər adamla edilən reportajlar yer alır.



 21. Floored-Mərtəbə(2009/IMDb 6.7)
 “Floored” adlı film sizə dünyanın  elektron ticarətə dönüşmədən əvvəl Müddətli Əməliyyatların necə bir keçmişinin olması haqqındadır.Bu filmi izlədikdən sonra bir Tacir olmaq üçün həyacanlı deyilsizsə filmi səhv anlamısınız deməkdir









22. Wall Street Warriors-Birja Döyüşçüləri(2006/IMDb 7.4)
Wall Street Warriors(Birja Döyüşçüləri)  müxtəlif brokerlərin və sahibkarların həyatını ətraflı anladan bir sənədli filmdir.











23. Pi-Pi(1998/IMDb 7.5)
Max riyaziyyatla maraqlanar. Riyaziyyata və xüsusilə də Pi ədədinə qarşı marağı, onun bütün həyatının gedişini müəyyən edir. Max, on ildən bəri bütün təbiətin ölçüləbilir bir şifrələmə sisteminə sahib olduğunu anlamışdır. Artıq tək məqsədi təbiətin bu böyük sirrini həll etməkdir. Max, əlindəki məlumatlarla qarşısındakı problemin həllinə cəhd edər. Ancaq addım-addım vardığı nəticə, onu problemin tam ortasında tapar. Maxın çatdığı nöqtə, dünyanı təməllərindən sarsıdacaq qədər dəyərlidir. Max, bu nəticələri gizlətməlidir





24. The Bank-Bank(2001/IMDb 6.7)
Jim Doyl, birja çöküşünü öncədən bilən bir program hazırlamış bir riyaziyyat dahisidir. CentaBank'in CEO’su olan Simon, O'Reilly  Centabank'ın diqqətini çəkdiyi üçün özünə bir çıxış yolu axtarır.O'Reilly, çıxış yolunu Doyle'də taparaq onu özləri ilə işləməyə razı edər. Jim'in sonrakı çöküşü təxmin edə biləcək ölüçsü, CentaBank'ın ağzını sulandırmaya başlar. Doyle'da dərin sistemin içinə girdikdən sonra, onun bir parçası olmağa başlar. Bank Doyle'in də köməyi ilə iqtisadiyyatın tanrısı olmağa hazılaşırkən, gözlənilməz bir şey olur...





Röyal Eyvazov
https://www.facebook.com/eyvazovroyal

No comments:

Post a Comment