Monday, May 18, 2015

İş görüşməsində bunları etməyin!


İstər universiteti yenicə bitirmiş olun, istərsədə təcrübəli mütəxəssis iş görüşməsi, hami üçün həyəcan verici hadisədir. Çünki, ümüdlənərək gedirsən və sonunu bilmirsən. Bəzən hətda o qədər əmin ola bilərsən ki özündən, 100/100 yararlı olduğun işi də itirə bilərsən. Ona görə nəyin necə baş verəcəyini dəqiq təyin edə bilməmək sizin anlaşılmaz hərəkətlər etmənizə gətirib çıxara bilər. Bunlardan xəbərdarıq deyə sizi də xəbərdar etmək qərarına gəldik.
1.  Yaxşı geyinin.Kitabı cildinə görə mühakimə etməyin deyər hamı. Ancaq hamı kitabı cildinə görə mühakimə edər. Getdiyiniz yerdə nələrin sizi qarşılayacağını bilmirsiniz. Onun üçün də rəsmi qaydalara uyğun geyinin. Kişilərin üzütüklü müsahibəyə qatılmaları ağıllı hərəkət hesab edilmir. Baxmayaraq ki mən özüm dəfələrnən bu səhvi etmişəm 

2. Ağızınızdan pis iy gəlməməsinə diqqət yetirin.Saqqız çeynəməyin.Oturduğunuz masadan, yaxud üzbə-üz məsafənizdən asılı olaraq ağız iyiniz öz təsirini daima olaraq göstərir. Əvvəlcədən dişlərinizi və ağız boşluğunuzu təmizləyin.

3. Öz həyatınızdan sorduqlarında  xoş hekayələr danışmağa çalışın.Cansıxıcı və uzun hekayələri kimsə bəyənmir. Siz özünüz olsaydınız da, bəyənməzdiniz

4. Mənfi yönümlü hərəkətlərdən ehtiyyatlı olun.İynəli sözlərdən qaçının. “Sizin şirkət bizim şirkət” söhbətindən uzaq durun. Özünüzü istiqanlı göstərin.

5. Getdiyiniz vəzifə haqqında məlumatsız olmayın.Sizi işə götürmək istədikləri vəzifə barəsində suallar verəcəklər. Əgər heçnə bilməsəniz ” Əşi.. mən elə-belə CV göndərmişdim” manevri etsəniz, təbii ki işdən də əlinizi üzməlisiniz.

6. “Hər şeyi bilən adam/qadın” rolunu qapının çölündə buraxın.Təbii ki, öz biliklərinizi sərgiləməlisiniz, ancaq onlarında anlayacağı dildə. Elmi terminləriniz,  anlaşılmaz marketinq analizləriniz, sizin buraya gəlişinizin ilk və sonu ola bilər.

Bir dəfə Azərbaycanın elektronika sahəsində öndə gedən şirkətlərindən birinə iş görüşməsinə çağrılmışdım. Getdiyimdə, şöbə müdirəsi və İR departamentinin rəisi məni gözləyirdilər. Baxmayaraq ki, getdiyim sahəni gözəl bilirdim ancaq bununla kifayətlənməyib daha ətraflı mövzulardan danışmağa başladım. Bir anlıq gözümü açdım ki, danışdıqlarımı anlamayarcasına bir-birinə baxırlar. Səhvimi, sonradan heç bir səbəb göstərilmədən işə çağırılmadığımda anladım.
Bütün getdiyiniz iş görüşmələri uğurlu olmaya bilər. Bu normaldır. Ancaq birinci dəfədən uyğun olduğunuz işi əldə etməniz xoşbəxtliyin digər adıdır. Sevdiyiniz işi almanız diləyi ilə…

Fikiroğrusu

No comments:

Post a Comment