Saturday, February 28, 2015

Pareto əmsalı və ya 80/20 Prinsipi



80/20 Prinsipi nəyə deyirik?

80/20 Prinsipinə görə, qoyulan vəsaitin və ya göstərilən səylərin kiçik hissəsi, nəticənin, alınan məhsulun və ya qazanılmış mükafatın böyük hissəsinə cavabdehdir.

Stalin nələr oxuyurdu?




Peşəkar inqilabçı-bolşeviklərdən çox azı inqilaba qədərki dövrdə şəxsi kitabxanaya malik idi.

Ancaq inqilabdan və Sovet hökuməti Moskvaya köçəndən sonra Kremldə mənzil alan bolşevik liderlərin, demək olar ki, hamısı öz mənzillərini və iş otaqlarını hansısa süs əşyaları və xüsusi mebellə bəzəməyə can atmaq əvəzinə, kitab kolleksiyası toplamağa başladılar.1922-ci ilin sonlarına doğru artıq Leninin və Trotskinin, Buxarinin və Zinovyevin, Molotovun və Demyan Bednının böyük kitabxanası var idi.Kremldəki mənzili Stalin 1918-ci ildə almışdı, Vətəndaş müharibəsi illərində vaxtının çoxusunu ən müxtəlif (cənub, şərq, şimal-qərb və qərb) cəbhələrində keçirdiyi üçün o, sistemsiz şəkildə də olsa, çoxlu kitab oxuyurdu. Ancaq mənzilindəki kitabların sayı sən deyən çox deyildi.Yalnız 1925-ci ildə Stalin özünün şəxsi və sözün həqiqi mənasında iş kitabxanasını yarada bildi. Həmin ilin mayında o, öz köməkçisi və katibi İ.Tovstuxaya bu işlə məşğul olmağı tapşırdı və Baş katibin kitabxanaçısı ştatının yaradılması barədə göstəriş verdi.Kitabxanasında hansı kitabları görmək istədiyi barədə Tovstuxanın sualına Stalin şagird dəftərindən cırılmış bir vərəqdə, yəni yazılı cavab verdi.Həmin böyük siyahının fotokopiyası tarixçi B.S.İlizarov tərəfindən "Yeni və ən yeni tarix" jurnalında çap olunmuşdu.
Stalinin yazdığı qeydlərin əsas hissəsi aşağıda təqdim olunmuşdur:

Praqmatizm-1


Praqmatizmin əsasları nədir, onların fəlsəfi baxışı nədən ibarətdir?
Praqmatizm məktəbinə mənsub olan alimlər hissi və əməli müddəalara əsaslanır və əqli müddəaları inkar edirlər. Bu cərəyanın nöqsanlı cəhətlərini aydınlaşdırmaq üçün praqmatizmin bəzi müddəalarını nəzərdən keçirək:

Həyatımızı nələrə sərf edirik?

Həqiqətən də düşündürücü sualdır. Saniyələr,dəqiqələr, saatlar, günlər, aylar, illər və ömrümüz.  Günlərimiz çox sürətlə keçir. Başımız qarışır işə, ailəyə, qayğılarımıza və bir də görürük ki, axşamdır, gecədir, yatmaq, istirahət  vaxtıdır. Yatmaq lazımdır ki, inşa Allah sabah üçün enerji toplayaq və yenidən fəaliyyətə başlayaq. Yenə də səhər açılır, iş- güc, hay- həşir və nəhayət yenə axşam düşür..

Həyatımızdakı "10 ƏSAS QAYDA"-ya əməl etsək...

10 ƏSAS QAYDA- HANSI Kİ, BİZ HƏR ZAMAN XATIRLAMALIYIQ
Özünüzdən savayı heç kəs sizi xoşhal edə bilməz  (əgər siz özünüzü sevindirə bilmirsinizsə bunu heç kəs edə bilməz).
 İnsan demək olar ki, bütün həyatı boyu gözləyir ki; onu başa düşən, onu anlayan bir kəs gələcək və ondan sonra hər şey öz axarına düşəcək, ancaq müyyən vaxt sonra dərk edirki, onu anlayan duyan  “bir kəs” o elə özüdür.Ancaq insanın öz əlindədir ki, özünü olduğu kimi qəbul etsin, bağışlasın, sevinsin və arzular etsin.
Xoşbəxt olmağı seçin : qucaqlayın, sevin, musiqi dinləyin, ağac yaxud çiçək əkin, kitab oxuyun, idmanla məşğul olun. Hər nə edirsinizsə edin yalnız bir həqiqəti anlayın ki, ilkin olaraq özünüzü yalnız özünüz xoşhal edə bilərsiniz. Bunu digərlərindən ummayın əsla, əks halda yanılacaqsınız. Bunu bilib anladıqdan  sonra gəlin birlikdə digər prinsiplərə göz ataq: