Saturday, February 28, 2015

Həyatımızdakı "10 ƏSAS QAYDA"-ya əməl etsək...

10 ƏSAS QAYDA- HANSI Kİ, BİZ HƏR ZAMAN XATIRLAMALIYIQ
Özünüzdən savayı heç kəs sizi xoşhal edə bilməz  (əgər siz özünüzü sevindirə bilmirsinizsə bunu heç kəs edə bilməz).
 İnsan demək olar ki, bütün həyatı boyu gözləyir ki; onu başa düşən, onu anlayan bir kəs gələcək və ondan sonra hər şey öz axarına düşəcək, ancaq müyyən vaxt sonra dərk edirki, onu anlayan duyan  “bir kəs” o elə özüdür.Ancaq insanın öz əlindədir ki, özünü olduğu kimi qəbul etsin, bağışlasın, sevinsin və arzular etsin.
Xoşbəxt olmağı seçin : qucaqlayın, sevin, musiqi dinləyin, ağac yaxud çiçək əkin, kitab oxuyun, idmanla məşğul olun. Hər nə edirsinizsə edin yalnız bir həqiqəti anlayın ki, ilkin olaraq özünüzü yalnız özünüz xoşhal edə bilərsiniz. Bunu digərlərindən ummayın əsla, əks halda yanılacaqsınız. Bunu bilib anladıqdan  sonra gəlin birlikdə digər prinsiplərə göz ataq:

  • Qayda 1. Pareto qanunu-  80/20 qaydası



Fəaliyyətinizin yalnız 20 % hissəsi sizə 80 % nəticə və gəlirlilik verir. Məşğuliyyətinizin demək olar ki, çox hissəsi sizə elə də güclü nəticələr bəxş etmir, sadəcə vaxtınızın  sərfinə səbəb olur. Bunu nəzərə alaraq vaxtınızı optimal şəkildə planlaşdırıb istifadə edin. Fikirləşməyə dəyər : 80 % vaxt  lazımsız işlərə sərf edilir.Bunu aşkar etdikdən sonra kim deyə bilərki, onun sevimli hobbisi üçün vaxtı yoxdur?

  • Qayda 2. Parkinson qanunu



Əslinə qalanda sizə verilən işi daha tez icra edə bilərsiniz.  Bir tapşırığın icrasına nə qədər vaxt sərf edərsinizsə o qədər vaxtınız hədər olacaqdır. O səbəbdən bir tapşırıq verildiyi zaman “şərt nədir” və “nə etməliyəm”i aydınlaşdırıb həmən hərəkətə keçin. Əgər işləri son gündə icra etmək kimi bir adətiniz varsa, o zaman sizə verilən tapşırığa nə qədər vaxt verilməsindən asılı olmayaraq siz son 2 gündə onu icra edəcəksiniz.

  • Qayda 3. Daha sonra ala bilmək üçün əvvəlcə verin



Məhz bu qayda ilə davam edin.  Zaman keçdikcə siz verdiyinizdən daha çox almağa başlayacaqsınız. Ətrafda baş verənlər üçün sevinin, dostlarınız üçün sevinin, sabah siz də sevinəcəksiniz. Hər saniyə dünyada bir insanın arzusu reallaşır, sabah sizin də arzunuz reallıq olacaqdır. Hər kəs etdiyi təqdirəlayiq hərəkətin qarşılığını mütləq alacaqdır.

  • Qayda 4. Səhvlər və uğursuzluqlar- bunlar yaxşı haldır



Çünki bunun nəticəsində siz bir çox faydalı həyat dərsi alırsınız. Bu hal gələcək günlərdə daha efektiv qərarlar almağınız üçün zəmin yaradır. Uğursuzluqlar əvəzolunmaz dərslər verir.  Uğur səhv etməyənlərə çox nadir hallarda rast gəlir, o yalnız inadkarlara mütləq şəkildə rast gəlir.

  • Qayda 5. Asanlıqla tanış olub əlaqələr qurun



Hər bir görüşə getdikdə elə düşünün ki, bu görüşdə sizin ən yaxın dostlarınız var. Əhvalınızın bucür köklənməsi səbəb olacaqdır ki, tanımadığınız insanlarla ilk dəfə görüşəndə səmimi ünsiyyət yaransın. Bu səbəb olacaqdır ki, siz özünüzdən daha əmin olasınız. Nəticədə insanların yaddaşında səmimi bir fərd kimi qalacaqsınız.

  • Qayda 6. Hadisəyə yaxınlaşma tərzininz hər şeyi dəyişdirə bilər



Pessimizm reallıq maskası altda gizlənir bəzən. Bu səbəblə də siz həmişə “düz” olursunuz. Digər yandan bəzən reallığa yanaşma tərzini dəyişmək mümkündür. Nəticədə insan nə axtarırsa odur.

  • Qayda 7. Təşəkkür hissi ilə yaşamaq- xoşbəxtliyin ən sadə üsuludur



Bu çox gözəl üsuldur ki, ətrafda baş verənləri normal qəbul edib, öz məqsədlərinə konsantrasiya olasan. Nəticədə isə digərlərini öz pozitiv auran ilə sevindirirsən. Bununla da qarşılıqlı pozitiv enerji paylaşımı yaşanacaqdır.

  • Qayda 8. Özünüzü başqaları ilə müqayisə etməyin



Əgər siz özünüzü başqa insanlarla müqayisə edirsinizsə deməli xarici aləmin sizi idarə etməsinə icazə verirsiniz. Bu səbəblə əhvalınızın pisləşməsi sığortalanmış olur, yəni bu hal sizi xoşhal etməyəcəkdir. Daha məhsuldar olardı ki, siz özünüzü elə özünüzlə müqayisə edəsiniz.  Nəticədə daha effetiv dəyərləndirmə olacaqdır, nə qədər inkişaf etdiyinizi görə biləcəksiniz.

  • Qayda 9. Qorxunun gözləri böyükdür



Qorxularınızın 80-90% -i sizin başınıza gəlməyəcəkdir. Bu qorxular yalnızca sizin beyninizdə yerləşməktədir.  Hətta nə isə baş versə belə bu sizin düşündüyünüz kimi dəhşətli bir şey olmayacaqdır. Narahatçılıq sadəcə vaxtınızın və gücünüzün hədər yerə sərf olunması deməkdir və nəhayət


  • Qayda 10. Hər bir şeyi çox ciddi qəbul etməyin




Bugün sizi narahat edən problemlərin çox hissəsini bir neçə il sonra siz artıq xatırlamayacaqsınız. Əgər özünüzü çox ciddi qəbul etsəniz, və narahatçılıqlarınızı beyninizdə böyütsəniz bu sizin gücünüzün azalmasına səbəb olacaqdır. Sadəcə rahatlanın-  nəticədə sizin əhvalınız yaxşıya tərəf daim dəyişəcəkdir


No comments:

Post a Comment