80/20 Prinsipi nəyə deyirik?
80/20 Prinsipinə görə, qoyulan vəsaitin və ya göstərilən səylərin
kiçik hissəsi, nəticənin, alınan məhsulun və ya qazanılmış mükafatın böyük hissəsinə
cavabdehdir.
Məsələn, işdə nəticələrin 80%-nin əldə edilməsinə ümumi vaxtın cəmi
20%-i sərf olunur. Belə çıxır ki, təcrübədə sizin göstərdiyiniz səylərin
4/5-ünün (heç də az olmayan bir hissə) alınmış nəticəyə heç bir aidiyyatı
yoxdur. Yeri gəlmişkən, adətən bu insanların gözləntiləri ilə üst-üstə
düşmür.
Beləliklə, 80/20 Prinsipi təsdiq edir ki, disproporsionallıq
səbəb və nəticə, qoyulan və götürülən vəsait, göstərilən səy və əldə edilmiş
mükafat arasındakı münasibətlərin ayrılmaz xüsusiyyətidir. “80/20” ifadəsi bu
disproporsiyanı yaxşı təsvir edir: qoyulan vəsaitin 20%-i əldə ediləcək vəsaitin
80%-nə cavabdehdir, nəticələrin 80%-i səbəblərin 20%-dən doğur, səylərin 20%-i
80% nəticə verir.
80/20 Prinsipinin ədalətliliyini sübut edən bir çox nümunələri
biznesdə də tapmaq olar. Məhsul çeşidinin 20%-i adətən pul ifadəsində satışdan
gəlirin 80%-ni verir, bunu 20% alıcı və ya müştəri haqda da demək olar. Bundan əlavə
məhsul çeşidinin 20%-i və ya müştərilərin 20%-i adətən şirkətə gəlirin 80%-ni gətirir.
Bizim cəmiyyəti götürək. Cinayətkarların 20%-i cinayətlərin
80%-ni törədir, sürücülərin 20%-i yol-nəqliyyat hadisələrinin 80%-də günahkardır,
nigaha daxil olanların 20%-i boşanmaların 80%-nə cavabdehdir (gah nigaha daxil
olub gah da boşananlar statistikanı dəyişərək nigahların stabilliyi haqda bədbin
rəy yaradırlar). Nəhayət uşaqların 20%-i öz ölkələrində onlara verilən təhsil
imkanlarının 80%-dən istifadə edirlər.
Hətta evdə də: xalçalarımızın 20%-nə onların köhnəlməsinə səbəb
ola biləcək amillərin 80%-i təsir edir. Bütün zamanın 80%-də siz malik
olduğunuz geyimin 20%-ni geyinirsiniz. Avtomobilin qaçırılma əleyhinə
siqnalının işə düşmə hallarının 80%-nə mümkün səbəblərin 20%-i uyğun gəlir.
Daxili yanma mühərriki də 80/20 Prinsipinin ədalətli
olduğunu sübut edir. Yanacağın yanmasından əldə olunan enerjinin 80%-i
itirilir, təkərlərə isə cəmi 20%-i ötürülür. Bu 20% yanacaq hərəkətin 100%-ni
yerinə yetirir.
80/20 Prinsipinin əsasını təşkil edən riyazi asılılıq bundan
100 ildən çox daha öncə, 1897 – ci ildə italyan iqtisadçı Vilfredo Pareto tərəfindən
müəyyən edilmişdir. Onun ixtirasını müxtəlif cür adlandırırdılar, o cümlədən
Pareto prinsipi, Pareto qanunu, 80/20 qaydası, ən az səy prinsipi, Disbalans
prinsipi. Bu materialda biz onu 80/20 Prinsipi adlandıracayıq. 80/20 Prinsipi
geniş kütləyə aşkar olmasa da, indiki iş adamlarına, biznesmenlərə,
entuziast-kompüterçilərə, texniki nəzarət şöbələrinin mütəxəssislərinə böyük təsir
göstərmişdir və beləliklə, hazırda yaşadığımız dünyanın formalaşmasına gətirib
çıxarmışdır. Buna baxmayaraq, 80/20 Prinsipi bizim zəmanənin ən böyük sirrlərindən
biri olaraq qalır və onun haqda biliklərə malik olanlardan bir çoxları da onun
gücünün yalnız bir hissəsindən istifadə edirlər.
Bəs Vilfredo Pareto nəyi aşkara çıxarmışdır? Belə alınmşdır
ki, bir dəfə o, XIX əsrdə İngiltərədə var-dövlət və gəlirlərin bölüşdürülməsini
nəzərdən keçirmişdir. O, aydınlaşdırmışdır ki, gəlir və material dəyərlərin çox
hissəsi tədqiq olunan qruplarda insanların az bir hissəsinə məxsusdur. Ola
bilsin ki, burada Pareto üçün təəccüblü heç nə yox idi. Amma o, özünün fikrincə
iki mühüm faktı da müəyyənləşdirmişdir. Birincisi, insan qrupunun sayı ilə (nəzərədn
keçirilən əhalinin ümumi sayına faizlə nisbətdə) bu qrupun nəzarət etdiyi
var-dövlət və gəlir arasında dəyişməz riyazi əlaqə vardır. Başqa sözlə desək, əgər
insanların 20%-nin material dəyərlərin 80%-nə malik olduqları məlumdursa, əminliklə
demək olar ki, əhalinin 10%-i material dəyərlərin 65%-nə, 5%-i isə – 50%-nə
malikdir. Pareto üçün burada başlıca olan rəqəmlər deyildi, var-dövlətin əhali
arasında balanslaşdırılmamış bölgüsü idi.
Paretonu valeh edən digər bir ixtirası isə o idi ki, disbalansın
bu sxemi müxtəlif ölkələr və müxtəlif zamanlar üzrə statitik göstəricilər üçün
dəyişməz qalırdı. İstər İngiltərə üçün onun tarixinin istənilən dövrü üzrə ,
istərsə də Paretonun digər ölkələr üçün istənilən zamanlar üzrə əldə etdiyi
göstəricilər yenidən riyazi dəqiqliklə təkrar olunurdu.
Bu nədir – sadə təsadüf , yoxsa iqtisadiyyat və cəmiyyət
üçün böyük əhəmiyyətə malik olan bir şey? Bu sxem təkcə var-dövlət və gəlirlər
üzrə deyil, başqa sahələrdə də işləyə bilərmi? Pareto parlaq yenilikçi idi ,çünki
ona qədər var-dövlət və gəlirlərin bölüşdürülməsi ilə gəlir əldə edən və ya
mülkiyyətə sahib olan insanların sayı kimi qarşılıqlı əlaqədə olan iki sistemi
nəzərdən keçirərək müqayisə etmək heç kimin ağlına gəlməmişdi (Hazıki dövrdə bu
metod adiləşmişdir və biznes və iqtisadiyyat sahəsində iri nailiyyətlərə səbəb
olmuşdur).
Təəssüf ki, Pareto öz ixtirasının mühümlyünü dərk etsə də,
onu izah edə bilmədi. O, bir sıra yaxşı, lakin əlaqəsiz sosial nəzəriyyələr irəli
sürmüşdür, bunlarda elitanın mühüm rolunu qeyd etmişdir, lakin bu nəzəriyyələr
onun ömrünün sonunda Mussolininin faşistləri tərəfindən mənimsənilmişdir. Bütöv
bir nəsil dövründə 80/20 Prinsipi qimətləndirilməyib. Bir çox iqtisadçıların,
xüsusən də amerikan iqtisadçılarının 80/20 Prinsipinin mühümlüyünü dərk etmələrinə
baxmayaraq, yalnız ikinci Dünya müharibəsindən sonra iki şəxs bir-birindən xəbərsiz
80/20 Prinsipinin nəyə qadir olduğunu dünyaya nümayiş etməyə başladı.
1949: Zipfin ən az səy prinsipi.
Bu yolu ilk qət edənlərdən biri Harvard universitetinin
filologiya professoru Corc K. Zipf olmuşdur. 1949-cu ildə o, ən az səy
prinsipini ixtira etmişdir, hansı ki, Pareto prinsipinin yenidən açılmış və ətraflı əsaslandırılmış
variantı idi. Zipf prinsipinə görə ehtiyatlar (insanlar, mallar, vaxt, biliklər
və ya hər hansı bir məhsul mənbəyi) özünü elə təşkil edir ki, görülmüş işi
minimuma endirsin, yəni istənilən ehtiyatın 20-30%-i bu ehtiyatla bağlı olan fəaliyyətin
70-80%-ni hasil edir.
Disbalansın bu dəyişilməz sxeminin təkrarlandığını nümayiş etdirmək
üçün Zipf əhalinin statistikasını, filologiya sahəsini və sənaye dinamikasını nəzərdən
keçirmişdir. Məsələn, o, 1931-ci ildə Filadelfiya şəhərinin 20 məhəlləsində
bağlanan nigahları nəzərdən keçirmiş və göstərmişdir ki, nigahların 70%-i
bir-birindən bu ərazinin 30%-indən çox olmayan hissəsində yaşayan insanlar
arsında bağlanmışdır.
Yeri gəlmişkən, Zipf iş masasında həmişə səliqəsizlik
olmasının elmi izahını vermişdir. O, səliqəsizliyi digər qanunla təsdiqləmişdir:
əşyalar bizə onlardan istifadə etdiyimiz dərəcədə yaxın yerləşirlər. Fərasətli
katibələr çoxdan başa düşüblər ki, tez-tez istifadə olunan sənədləri tikmək
lazım deyil!
1951: Yuranın az, həqiqi vacib haqda qaydası və Yaponiyada
iqtisadi yüksəliş.
80/20 Prinsipinin ilk təcrübi istifadəçilərindən digəri
1904-cü ildə Rumıniyada anadan olmuş amerikalı mühəndis , böyük keyfiyyət
bilicisi İosif Mozes Yurandır, bu insan 1950-1990-cı illərdə keyfiyyət
inqilabının başında dayanmışdır. Yuran Pareto prinsipini (və ya onun dediyi
kimi, “həlledici rol oynayan az prinsipi”) məhsul keyfiyyətinin artırılması
yolunun sininiminə çevirmişdir.
1924-cü ildə Yuran “Bell telefon sistem” konserninin
“Vestern elektrik” istehsal şöbəsinə istehsalın təşkili mühəndisi kimi işə
daxil olmuşdur. Nəticədə o, dünyada ilk keyfiyyət məsləhətçilərindən birinə
çevrilmişdir.
Zay məhsul istehsalını aradan qaldırmaq, sənaye və istehlak
məhsulların etibarlılığını artırmaq məqsədilə onun ağlına 80/20 Prinsipini digər
statistik metodlarla birgə istifadə etmək ideyası gəlmişdir. İlk nüsxəsi
1951-ci ildə nəşr olunan “Keyfiyyətə nəzarət üzrə təlimat” kitabında Yuran
80/20 Prinsipinin dəyərlərini geniş tərif etmişdir.
No comments:
Post a Comment