
Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür.Yəqin sizdən
bir çoxu bayramın tarixini bilmir, amma ki, hər il 8 Mart tarixini böyük həvəslə
gözləyib qeyd edirik. Gəlin birlikdə , 8 Martın tarixinə qısaca
nəzər salaq.
Bir məlumata görə Qadınlar Günü Rusiyada ilk dəfə
1913-cü ildə icazəsiz nümayişlərlə qeyd edildi. 1913-1914-cü ildə Menşeviklər
sadəcə Qadınlarla qeyd edilməsini təklif edərkən Bolşeviklər bütün işçi sinifinin
qatılmasını təkid edirlərdi. 1917-ci ildə
isə Fevral İnqlabının başlanğıcı olan,
Rus təqvimiylə 22 Fevralda, yəni 7 Martda, Kişi idarəçilərin
etirazlarına rəğmən qadınlar ertəsi gün üçün tətil çağırışı etdilər.8 mart günü
olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlanıb.
Digər bir məlumata görə isə bu bayramın qəhramanları
1857-ci il ABŞ-ın Nyu-York şəhərində bir
tekstil fabrikində işləyən 40.000 toxuma işçisidir.Belə ki bu 40.000 işçi daha
yaxşı iş şərtləri istəyi ilə tətilə başladı.O zaman qadınlar gündə 16 saat işləyirdilər,
çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Nyu-Yorkun
toxucuları aşağı qazanclara və əməyin pis şəraitinə qarşı etiraz edərək şəhərin
küçələri ilə marşla keçdilər. Ancaq polisin işçilərə hücum etməsi və işçilərin
fabrikə qıfıllanması, arxasından da çıxan yanğında işçilərin fabrik qarşısında
qurulan barrikadalardan qaça bilməməsi nəticəsində çoxu qadın olmaqla 129 işçi
can verdi. İşçilərin cənazə mərasiminə 100 mindən çox adam qatıldı.
26 - 27 Avqust 1910-cu il tarixində Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Qadınlar Yığıncağında (Beynəlxalq
Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən
Klara Setkin, 8 Mart 1857-ci il tarixindəki
tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Mart "Dünya
Qadınlar Günü" olaraq qeyd olunması təklifini verdi və təklif qəbul
edildi.Amma bu təklifin altında bəzi qaranlıq məqamlar var.Bəzi tarixçilərin
fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin(bayram olduğu üçün) səbəblərini
bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli
sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər
salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin
Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir.
Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə
haqlarını simvolizə edir.
Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci
ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə
qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər.
Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran
ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona
danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı,
özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı
dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin
deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər
antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən,
indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq
şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi
maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır.
Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə
qatmaq ağıllı və effektli ideya idi.
Klara 5 iyul
1857-ci ildə Almaniyada, Viderau - Saksoniya vilayətində anadan olub. Kənd müəllimi
H.Eysnerin ailəsində-ənənəvi alman ailəsində
dünyaya gəlib.Klara Setkinin soyadı həyat yoldaşı Osip Setkinə aid idi və
həmin soyadla K.Setkin tarixə düşdü. 1882-ci ildə evlənən cütlüklər-Klara
Setkin və Osip Setkin 1889-cu ildə böyük acı yaşadı. Klaranın sevimli yoldaşı vərəmdən
vəfat etdi. Hadisədən 20 il keçdi.K.Setkin bu vaxtlarda Alman Fəhlə Hərəkatında
gözə çarpan fiqur oldu. 1910-cu ildə onu 2-ci Beynəlxalq Sosializm Konfransına
nümayəndə seçdilər. Alman inqilabçısı Klara Setkin Beynəlxalq Qadınlar Günü
ideyasının müəllifidir.
Türkiyədə 8 Mart
Dünya Əməkçi Qadınlar Günü ilk dəfə 1921 ildə "Qadınlar Günü" olaraq
qeyd edilməyə başlandı. 1975-ci ildə daha geniş olaraq qeyd edildi. "Birləşmiş
Millətlər Qadınlarının 10 ili" verlişindən Türkiyənin də təsirlənməsiylə,
1975-ci ildə "Türkiye 1975 Kadın Yılı" konqresi oldu. 12 İyul 1980-cı
ildə Hərbi Zərbədən sonra 4 il hər hansı bir bayram olmadı.Amma
1984-ci ildən isə hər il müxtəlif qadın təşkilatları tərəfindən "Dünya
Qadınlar Günü" qeyd edilməyə başlandı. Qadınlar Bayramının əvvəlki adı
“Qadın Haqqları Günü” idi.BMT-də 1975-ci ilin 8 Martı ilk dəfə Beynəlxalq
Qadınlar Günü olaraq keçirilib. İki il sonra 1977-ci ildə isə BMT-nin Baş
Assambleyasında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul
edilib Avropada bu bayram ilk dəfə Danimarka, Almaniya, İsveçrə, Avstriyada
1911-ci il 19 martda qeyd olunmağa başladı. Azərbaycanda isə ilk dəfə 1917-ci
ildə qeyd edilib. 1965-ci ildən keçmiş
SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub
Elə bir ölkə
yoxdur ki, orada qadınlara həsr olunmuş bayram olmasın.Bu bayram bəzi ölkələrdə
başqa cür adlanır. Məsələn, Özbəkistanda o "Analar Günü" adını daşıyır.
Bu gündə Anqola, Burkina- Faso, Konqo, Uqanda, Nepal, Monqolustan, Şimali
Koreya və bəzi başqa ölkə sakinləri işləmirlər. Vyetnam bu gündə qadınlara
olduqca hörmət edir, amma onlarda bayram bacılara həsr olunub.Çində bayram öz
xüsusiyyətlərinə malikdir:qadınlar orada dincəlirlər, kişilərə isə adi iş
günüdür. Bundan başqa, çinlilərdə kəsilmiş gülləri hədiyyə etmək qəbul edilmir
və ən yaxşı hədiyyə kişilərin öz qadınlarına
“Səadət Balqabağı” adlı yeməyi
hazırlamalarıdır...
Bu fürsətdən
istifadə edərək bütün qadınlarımızı, Dünya Azərbaycanlılarını 8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edirəm. Bütün zərif cinsin nümayəndələrinə ailə səadəti,
gözəl gələcəkli övladlar və xəyallarda yaşayan ölməz məhəbbət arzulayıram. Bayramınız
mübarək!
Hazırladı: Röyal
Eyvazov
No comments:
Post a Comment