Monday, May 18, 2015

İş görüşməsində bunları etməyin!


İstər universiteti yenicə bitirmiş olun, istərsədə təcrübəli mütəxəssis iş görüşməsi, hami üçün həyəcan verici hadisədir. Çünki, ümüdlənərək gedirsən və sonunu bilmirsən. Bəzən hətda o qədər əmin ola bilərsən ki özündən, 100/100 yararlı olduğun işi də itirə bilərsən. Ona görə nəyin necə baş verəcəyini dəqiq təyin edə bilməmək sizin anlaşılmaz hərəkətlər etmənizə gətirib çıxara bilər. Bunlardan xəbərdarıq deyə sizi də xəbərdar etmək qərarına gəldik.

Sunday, April 26, 2015

Həyatda uğur qazanmağın 10 PRİNSİPİ


1. MARAQLARINIZIN ARXASINCA GEDİN:
Mənim xüsusi bir qabiliyyətim yoxdur, yalnız ehtiraslı bir maraqcılam.Həyatda maraqlarınızın arxasınca getsəniz müvəffəqiyyətli olarsınız.

2.ƏZMİNİZ ƏN BÖYÜK SƏRVƏTİNİZDİR:
Çox ağıllı olduğumdan deyil

Monday, April 20, 2015

Dünyanın ən bahalı maddələri

Bəlkə də, bəzilərinin adını belə indiyənə kimi eşitməmisiniz. Amma hamısı hiss etməsək də həyatımızda ciddi bir rol oynayır. Blog olaraq dünyanın ən bahalı 11 maddəsi  sizlərə təqdim edirik. Siyahıda elə maddələr var ki, qiyməti ilə qızılı belə geridə qoyur ...

Monday, March 23, 2015

Sıfırdan başlayan milyarderlər


Forbes jurnalı ABŞ-ın ən varlı adamlarının növbəti siyahısını açıqlayıb.

Siyahıda 400 milyarderin adı yer alıb. Onların bir çoxu sıfırdan başlayan insanlardır. Bu, tək Amerika arzusu deyil. Bir neçə xarici biznesmen də sürətli və gözlənilməz uğura imza ata bilib.
Belə milyarderlərin təcrübəsi göstərir ki, istedad və bacarıq, inad və azacıq bəxt uğur qapısının açarıdır. Onların bir neçəsinin maraqlı həyat tarixçəsinə nəzər salaq.

Sunday, March 22, 2015

Bu qələmi mənə necə satardınız?


Əgər siz  bir dəfə də olsa satış təmsilçisi və ya satış meneceri kimi iş müsahibəsində olmusunuzsa, yəqin ki, bu sualla qarşılaşmısınız.
Sizdən müsahibə alan şirkət nümayəndəsi, birdən sizə təklif edir ki, qarşınızdakı qələmi ona satasınız.  Satış sahəsində təcrübəsiz olan gənclərə bu situasiya bir az rəqibə, mənasız görünə bilər. Bu cür testlər ona görə həyata keçirirlər ki, namizədi qeyri-standart bir situasiyaya salsınlar və onun necə hərəkət edəcəyinə baxsınlar. Ona görə  özüzü itirməyin, bütün satış duyumunuzu və yumor hissinizi köməyə çağırın.

Özünü necə təqdim etməli?

Demək olar ki, hər bir müsahibədə «Özünüz haqqında danışın» ifadəsi ilə qarşılaşmaq olar. Bir çox namizədlər bu suala nə cavab verəcəklərini bilmirlər 
.
İşə götürən müsahibə zamanı namizədin nə qədər özünə inamlı olduğunu, özünü məntiqli şəkildə ifadə etmək bacarığının olmasını, əməkdaşlarla şəxsi və işlə bağlı məsələlərdə nə cür davranacağını, hansı təcrübələrə sahib olduğunu öyrənmək istəyir.
Bəs bu suala necə cavab vermək lazımdır?

Müsahibə zamanı nə etməli?

Şirkətlərin boş iş elanlarına müraciət edirsiniz. CV – niz diqqəti cəlb etdikdə və şirkətin tələblərinə uyğun gəldikdə isə müsahibəyə dəvət edilirsiniz. Qeyd edək ki, eyni zamanda sizinlə bərabər bir neçə namizədlər də müsahibəyə dəvət edilirlər.
Bəs digər namizədlərdən seçilmək üçün nə etməli?

Saturday, March 7, 2015

Beynəlxalq Qadınlar Günü yoxsa Purim bayramı


Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür.Yəqin sizdən bir çoxu bayramın tarixini bilmir, amma ki, hər il 8 Mart tarixini böyük həvəslə gözləyib qeyd edirik. Gəlin birlikdə , 8 Martın tarixinə  qısaca  nəzər salaq.

Saturday, February 28, 2015

Pareto əmsalı və ya 80/20 Prinsipi



80/20 Prinsipi nəyə deyirik?

80/20 Prinsipinə görə, qoyulan vəsaitin və ya göstərilən səylərin kiçik hissəsi, nəticənin, alınan məhsulun və ya qazanılmış mükafatın böyük hissəsinə cavabdehdir.

Stalin nələr oxuyurdu?




Peşəkar inqilabçı-bolşeviklərdən çox azı inqilaba qədərki dövrdə şəxsi kitabxanaya malik idi.

Ancaq inqilabdan və Sovet hökuməti Moskvaya köçəndən sonra Kremldə mənzil alan bolşevik liderlərin, demək olar ki, hamısı öz mənzillərini və iş otaqlarını hansısa süs əşyaları və xüsusi mebellə bəzəməyə can atmaq əvəzinə, kitab kolleksiyası toplamağa başladılar.1922-ci ilin sonlarına doğru artıq Leninin və Trotskinin, Buxarinin və Zinovyevin, Molotovun və Demyan Bednının böyük kitabxanası var idi.Kremldəki mənzili Stalin 1918-ci ildə almışdı, Vətəndaş müharibəsi illərində vaxtının çoxusunu ən müxtəlif (cənub, şərq, şimal-qərb və qərb) cəbhələrində keçirdiyi üçün o, sistemsiz şəkildə də olsa, çoxlu kitab oxuyurdu. Ancaq mənzilindəki kitabların sayı sən deyən çox deyildi.Yalnız 1925-ci ildə Stalin özünün şəxsi və sözün həqiqi mənasında iş kitabxanasını yarada bildi. Həmin ilin mayında o, öz köməkçisi və katibi İ.Tovstuxaya bu işlə məşğul olmağı tapşırdı və Baş katibin kitabxanaçısı ştatının yaradılması barədə göstəriş verdi.Kitabxanasında hansı kitabları görmək istədiyi barədə Tovstuxanın sualına Stalin şagird dəftərindən cırılmış bir vərəqdə, yəni yazılı cavab verdi.Həmin böyük siyahının fotokopiyası tarixçi B.S.İlizarov tərəfindən "Yeni və ən yeni tarix" jurnalında çap olunmuşdu.
Stalinin yazdığı qeydlərin əsas hissəsi aşağıda təqdim olunmuşdur: