Saturday, March 7, 2015

Beynəlxalq Qadınlar Günü yoxsa Purim bayramı


Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür.Yəqin sizdən bir çoxu bayramın tarixini bilmir, amma ki, hər il 8 Mart tarixini böyük həvəslə gözləyib qeyd edirik. Gəlin birlikdə , 8 Martın tarixinə  qısaca  nəzər salaq.
Bir məlumata görə Qadınlar Günü Rusiyada ilk dəfə 1913-cü ildə icazəsiz nümayişlərlə qeyd edildi. 1913-1914-cü ildə Menşeviklər sadəcə Qadınlarla qeyd edilməsini təklif edərkən  Bolşeviklər bütün işçi sinifinin qatılmasını  təkid edirlərdi. 1917-ci ildə isə Fevral İnqlabının başlanğıcı olan,  Rus təqvimiylə 22 Fevralda, yəni 7 Martda, Kişi idarəçilərin etirazlarına rəğmən qadınlar ertəsi gün üçün tətil çağırışı etdilər.8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlanıb.
Digər bir məlumata görə isə bu bayramın qəhramanları 1857-ci il  ABŞ-ın Nyu-York şəhərində bir tekstil fabrikində işləyən 40.000 toxuma işçisidir.Belə ki bu 40.000 işçi daha yaxşı iş şərtləri istəyi ilə tətilə başladı.O zaman qadınlar gündə 16 saat işləyirdilər, çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Nyu-Yorkun toxucuları aşağı qazanclara və əməyin pis şəraitinə qarşı etiraz edərək şəhərin küçələri ilə marşla keçdilər. Ancaq polisin işçilərə hücum etməsi və işçilərin fabrikə qıfıllanması, arxasından da çıxan yanğında işçilərin fabrik qarşısında qurulan barrikadalardan qaça bilməməsi nəticəsində çoxu qadın olmaqla 129 işçi can verdi. İşçilərin cənazə mərasiminə 100 mindən çox adam qatıldı.
26 - 27 Avqust 1910-cu  il tarixində Danimarkanın Kopenhagen şəhərində  Beynəlxalq Qadınlar Yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin, 8 Mart 1857-ci il  tarixindəki tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Mart "Dünya Qadınlar Günü" olaraq qeyd olunması təklifini verdi və təklif qəbul edildi.Amma bu təklifin altında bəzi qaranlıq məqamlar var.Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin(bayram olduğu üçün) səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir. Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.
Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau - Saksoniya vilayətində anadan olub. Kənd müəllimi H.Eysnerin ailəsində-ənənəvi alman ailəsində  dünyaya gəlib.Klara Setkinin soyadı həyat yoldaşı Osip Setkinə aid idi və həmin soyadla K.Setkin tarixə düşdü. 1882-ci ildə evlənən cütlüklər-Klara Setkin və Osip Setkin 1889-cu ildə böyük acı yaşadı. Klaranın sevimli yoldaşı vərəmdən vəfat etdi. Hadisədən 20 il keçdi.K.Setkin bu vaxtlarda Alman Fəhlə Hərəkatında gözə çarpan fiqur oldu. 1910-cu ildə onu 2-ci Beynəlxalq Sosializm Konfransına nümayəndə seçdilər. Alman inqilabçısı Klara Setkin Beynəlxalq Qadınlar Günü ideyasının müəllifidir.
Türkiyədə 8 Mart Dünya Əməkçi Qadınlar Günü ilk dəfə 1921 ildə "Qadınlar Günü" olaraq qeyd edilməyə başlandı. 1975-ci ildə daha geniş olaraq qeyd edildi. "Birləşmiş Millətlər Qadınlarının 10 ili" verlişindən Türkiyənin də təsirlənməsiylə, 1975-ci ildə "Türkiye 1975 Kadın Yılı" konqresi oldu. 12 İyul 1980-cı ildə  Hərbi Zərbədən  sonra 4 il hər hansı bir bayram olmadı.Amma 1984-ci ildən isə hər il müxtəlif qadın təşkilatları tərəfindən "Dünya Qadınlar Günü" qeyd edilməyə başlandı. Qadınlar Bayramının əvvəlki adı “Qadın Haqqları Günü” idi.BMT-də 1975-ci ilin 8 Martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirilib. İki il sonra 1977-ci ildə isə BMT-nin Baş Assambleyasında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilib Avropada bu bayram ilk dəfə Danimarka, Almaniya, İsveçrə, Avstriyada 1911-ci il 19 martda qeyd olunmağa başladı. Azərbaycanda isə ilk dəfə 1917-ci ildə qeyd  edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub
Elə bir ölkə yoxdur ki, orada qadınlara həsr olunmuş bayram olmasın.Bu bayram bəzi ölkələrdə başqa cür adlanır. Məsələn, Özbəkistanda o "Analar Günü" adını daşıyır. Bu gündə Anqola, Burkina- Faso, Konqo, Uqanda, Nepal, Monqolustan, Şimali Koreya və bəzi başqa ölkə sakinləri işləmirlər. Vyetnam bu gündə qadınlara olduqca hörmət edir, amma onlarda bayram bacılara həsr olunub.Çində bayram öz xüsusiyyətlərinə malikdir:qadınlar orada dincəlirlər, kişilərə isə adi iş günüdür. Bundan başqa, çinlilərdə kəsilmiş gülləri hədiyyə etmək qəbul edilmir və ən yaxşı hədiyyə kişilərin öz qadınlarına  “Səadət Balqabağı”  adlı yeməyi hazırlamalarıdır...
Bu fürsətdən istifadə edərək bütün qadınlarımızı, Dünya Azərbaycanlılarını 8 mart  “Beynəlxalq Qadınlar Günü”  münasibətilə təbrik edirəm. Bütün  zərif cinsin nümayəndələrinə ailə səadəti, gözəl gələcəkli övladlar və xəyallarda yaşayan ölməz məhəbbət arzulayıram. Bayramınız mübarək!

Hazırladı: Röyal Eyvazov



No comments:

Post a Comment