Sunday, March 22, 2015

Özünü necə təqdim etməli?

Demək olar ki, hər bir müsahibədə «Özünüz haqqında danışın» ifadəsi ilə qarşılaşmaq olar. Bir çox namizədlər bu suala nə cavab verəcəklərini bilmirlər 
.
İşə götürən müsahibə zamanı namizədin nə qədər özünə inamlı olduğunu, özünü məntiqli şəkildə ifadə etmək bacarığının olmasını, əməkdaşlarla şəxsi və işlə bağlı məsələlərdə nə cür davranacağını, hansı təcrübələrə sahib olduğunu öyrənmək istəyir.
Bəs bu suala necə cavab vermək lazımdır?

  • Yanlış cavab


Bu vəziyyətdə yanlış cavab « Siz məhz nəyi öyrənmək istərdiniz? » olacaqdır. Belə cavab aldıqda işəgötürən sizin müsahibəyə hazırlanmadığınızı düşünəcək.
Yoxsa sizi vakansiya və yaxud şirkət maraqlandırmır? İşəgötürənin belə düşünməməsi üçün biz sizə müsahibəyə öncədən hazırlaşmağınızı və məşq etməyinizi tövsiyə edirəm.

  • İşəgötürəni nə maraqlandırır?


Əlbəttə ki, işəgötürəni siz mütəxəssis kimi daha çox maraqlandırırsınız nəinki bir şəxsiyyət kimi . Ona görə də harada anadan olduğunuz, uşaqlığınız, harada yaşadığınız, hansı idman növü ilə maraqlandığınız barədə təfərrüata varmaq lazım deyil.
Öz diplom işiniz və birinci iş yeriniz barəsində uzun uzadı danışaraq müsahibəni uzatmayın. İlk növbədə axırıncı iş yerinizdəki öhdəlikləriniz, nəaliyyətləriniz haqqında məlumat verin. Bu bir neçə cümlə, sizin namizəd olduğunuz vəzifəyə müvafiq olmalıdır. Çünki işəgötürən sizin zəruri bacarıqlara malik olub – olmadığınızı və işdə onları nə cür tətbiq edə biləcəyinizi öyrənmək istəyir.

  • Önəmli nəaliyyətlər


Sizi yaxşı mütəxəssis kimi xarakterizə edə bilən və sizin fəxr etdiyiniz peşəkar fəaliyyətinizə aid qısa nümunələr gətirin.

  • Məzmunluq


Öz danışığınızı bacardığınız qədər qısa və məzmunlu edin. İşəgötürən sadəcə olaraq sizi tanımaq, sizin barənizdə məlumat almaq istəyir. Tərcümeyi – halınızı ətraflı şəkildə danışmağa ehtiyyac yoxdur. Sizi maksimum dərəcədə yaxşı xarakterizə edən 2 -3 maraqlı faktlar gətirin.
Məhz bu məsələlərə görə müsahibələrə öncədən hazırlaşmaq lazımdır.
İşəgötürən sizdən özünüz barəsində danışmağınızı xahiş etdikdə, qorxmaq lazım deyil. Bu müsahibəni sizə sərf edən şəkildə və sizin eşitmək istədiyiniz suallara yönəldilməsinə fürsət verilmiş bir şansdır.

Menbe:VitalCV

No comments:

Post a Comment